"Məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir"

"Məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir"
Bütün Xəbərlər
20:41 13.11.2010
1911

"Bizim məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa etməkdir. Bu məqsədə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirik və etməliyik". Belə bir bəyanatla prezident İlham Əliyev çıxış edib.

Qeyd edək ki, bu gün dövlət başçısı Yevlaxda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyevə məlumat verilib ki, yeni yaradılan məhəllədə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Burada 50 yerlik uşaq bağçası, 440 yerlik məktəb binaları, qazanxana, nasosxana, transformator yarımstansiyası tikilib, mənzillərə telefon, su və qaz xətləri çəkilib. Məhəllədə dörd subartezian quyusu qazılıb, iki su anbarı tikilib, ümumi uzunluğu 2 kilometrdən çox olan asfalt-beton yol salınıb. Prezident İlham Əliyev həmçinin məhəllədəki 30 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

OXŞAR XƏBƏRLƏR