Mətbuat Şurası Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəyə start verdi
GƏNCLİK
14:57 20.06.2011
2317
Layihə çərçivəsində Quba və Tərtər rayonlarında mətbuat xidmətlərinin təmsilçiləri üçün iki günlük treninq-məşğələlərin təşkili nəzərdə tutulur. Tədbirlərdə sözügedən rayonlarla yanaşı, ətraf bölgələrin yerli hakimiyyət orqanlarının, həmçinin mərkəzi hakimiyyət orqanlarının mətbuat xidmətləri təmsilçilərinin iştirakı nəzərdə tutulur. İlk treninqin iyul ayının 8-9-da, digərinin isə həmin ayın sonunda təşkili planlaşdırılır. Təlimlərin aparılması üçün Avropadan 2 tanınmış ekspert də layihəyə cəlb edilib.