Maayan Yaffi ‘Azadlıq’ radiosunu bağlamağa çağırdı: ‘Azərbaycan haqda ancaq mənfi yazır...’

Maayan Yaffi ‘Azadlıq’ radiosunu bağlamağa çağırdı: ‘Azərbaycan haqda ancaq mənfi yazır...’
MEDİA
17:28 26.08.2014
1682

Maayan Yaffi “Azadlıq” radiosunu bağlamağa çağırdı: “ Azərbaycan haqda ancaq mənfi yazır...”

Konqres vergi ödəyicilərinin pullarının Birləşmiş Ştatların müttəfiqlərinə hücum üçün istifadə edilməsini dayandırmalıdır. Virtualaz.org xəbər verir ki, bu sözləri 19 illik təcrübəyə malik yəhudi əsilli amerikalı jurnalist, “The Jerusalem Post” qəzetinin keçmiş xəbər redaktoru, “Baltimore Jewish Times” qəzetinin keçmiş baş redaktoru, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffi (Maayan Jaffe)  Konqresin nəşri olan “Roll Call”dakı məqaləsində yazıb. 

Müəllif xatırladır ki, “Azadlıq” və “Amerikanın səsi” radiolarının saxlanılması hər il ABŞ büdcəsinə 750 milyon dollara başa gəlir. “Buna baxmayaraq onlar obyektiv xəbər və təhlillər vermək, daxili və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya və azad bazar nailiyyətləri haqda bəhs etmək əvəzinə bu dəyərləri bölüşən müttəfiq dövlətlərə hücum edirlər” deyə o yazır. 

M.Yaffi bu fikrini əsaslandırmaq üçün “Azadlıq” radiosunun Azərbaycandakı fəaliyyətindən bəhs edir. Azərbaycanda tolerant cəmiyyət olduğunu, ölkənin beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulduğunu, Qərb dəyərlərinə üstünlük verən müsəlman ölkəsi kimi tanındığını, ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini, əhalinin 20 il əvvələ nisbətən daha yaxşı yaşadığını və s. xatırladır. “Buna baxmayaraq “Azadlıq” radiosunun layihələri bu ölkə haqda qərəzli və yanlış  mövqe formalaşdırır. Təkcə iyulun 1-dən avqustun 5-nədək “Azadlıq” radiosunda Azərbaycan haqda 30 məqalə və video yerləşdirilib. Onlardan heç biri Azərbaycanın nailiyyətlərindən bəhs etmir. Bunun əvəzində “azərbaycanlılar “İran casusu” kimi ömürlük həbsə məhkum edildi” kimi başlıqlara rast gəlmək olar. Plüralizm, vətəndaş cəmiyyəti, milli və regional inkişaf, ABŞ və İsraillə müttəfiqlik barədə heç nə yoxdur” deyə o, yazır. 

Müəllif senator Rocer Uakerin bu yaxınlarda ABŞ-ın regionda Azərbaycan kimi stabil müttəfiqinin olduğu, iqtisadi çiçəklənmə və azadlıq yolunu seçdiyi haqda açıqlamasından da sitat gətirib. M.Yaffi hesab edir ki, Konqres üzvləri senatorun dediklərinə diqqət yetirmək əvəzində “Azadlıq” radiosunun Azərbaycan haqda “nə gəldi yazmasına” göz yumurlar. Müəllif yazır ki, Azərbaycandan fərqli olaraq “Azadlıq” radiosunun erməni bölməsində “mənfi heç nə yoxdur”. Baxmayaraq ki, Ermənistan prezidenti Serj Sərkisyan Qərbdən üz çevirib və Putinin Gömrük İttifaqını seçib. “Bəs “Azadlıq” radiosunun Amerikanın düşmənləri ilə bir sırada yer alan Ermənistana təzyiqlərini niyə görmürük?” jurnalist sual edir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"