Mağazalarda 730 kq saxta ərzaq aşkarlandı

Mağazalarda 730 kq saxta ərzaq aşkarlandı
Bütün Xəbərlər
07:41 31.08.2012
1081
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bir sıra şəhər və rayonlarda aparılan növbəti yoxlamalar zamanı saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Belə ki, Bakının Nəsimi rayonunda M.Qaşqay küçəsi, ev 5, mənzil 5 ünvanında Kamran Səfərova məxsus mağazada, S.Əsgərova küçəsi, ev 174, mənzil 3 ünvanında Valeh Davudova məxsus mağazada, Binəqədi rayonunda Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən “Lider market”də saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Binəqədi rayonunda Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsindəki “Ağ dükan”da, Binəqədi şosesində Arif Əskərova məxsus mağazada və “Fərid market”də, Nəsimi rayonunda R.Behbudov küçəsi, ev 27, mənzil 34 ünvanında Təranə Məmmədovaya məxsus mağazada, Ş.Əzizbəyov küçəsi, 148 ünvanında Fəxrəddin Musayevə məxsus mağazada, M.Qaşqay küçəsi, ev 9, mənzil 1 ünvanında Davud Əşrəfova məxsus mağazada, Azadlıq prospekti, 32 ünvanında yerləşən “Tunar market”də, Xətai rayonunda Sarayevo küçəsində Hümbət Əliyevə məxsus mağazada və “Fərid market”də, S.Ə.Şirvani və M.Rüstəmov küçələrinin kəsişməsində yerləşən “Rövşən market”də, M.Rüstəmov küçəsi, ev 16 ünvanında yerləşən “Ən ucuz market”də saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.
Nəsimi rayonunda Mərdanov Qardaşları küçəsi, 102 ünvanında Sənubər Süleymanovaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Abşeron rayonunda Masazır qəsəbəsində Cahid Cəfərova məxsus mağazada, Şirvan şəhərində T.İsmayılov küçəsində Rəqail Bağırova məxsus mağazada, Sumqayıt şəhərində 20 Yanvar küçəsi, 29-cu məhəllədə Tərlan Süleymanova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar edilib.
Abşeron rayonunda Saray qəsəbəsində Beydulla Əmrahova məxsus mağazada, Göyçay rayonunda Ə.Kərimov küçəsində İntiqam Məmmədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib
Ağstafa rayonunda Dağ Kəsəmən kəndində Nəsimi Həsənova məxsus mağazada, Quba şəhərində Qırmızı qəsəbə, Fətəli Xan küçəsində yerləşən “Piramida market”də, Lənkəran rayonunda Ürgə kəndində Əfqan İmanova məxsus mağazada, Şirvan şəhərində Xəqani küçəsi, 88 ünvanında Oqtay Qasımova məxsus mağazada, Tovuz şəhərində H.Əliyev küçəsində Vaqif Əsədova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 730 kq-a yaxın ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
OXŞAR XƏBƏRLƏR