Mağazalarda siqaretlərin satışı dayandırılıb

Mağazalarda siqaretlərin satışı dayandırılıb
Bütün Xəbərlər
16:41 03.03.2015
1021

Onlar yeni qiymət müəyyənləşdirməlidirlər.

Bakıda mağazalarda siqaret qıtlığı yaranıb.AZXEBER.COM-un məlumatına görə, oxu.az əməkdaşı xəbər verir ki, bu gün səhər saatlarından etibarən paytaxt mağazalarında siqaretlərin satışı dayandırılıb.

Siqaret satış məntəqələri, köşk və marketlərdən bildiriblər ki, siqaret topdansatışı ilə məşğul olan şəxslər hazırda manatın devalvasiyasından və Nazirlər Kabineti respublika ərazisinə gətirilən spirtli içkilərin, tütün məmulatlarının, eləcə də neft məhsullarının yeni aksiz dərəcələrini dəyişəndən sonra, onlar yeni qiymət müəyyənləşdirməlidirlər.

Siqaret satışının dayandırılmasına daha bir səbəb isə marketlərin baha qiymətə almış olduqları siqaretləri qaytara bilməməsidir.

Satıcılar əlavə ediblər ki, onlarda siqaret var, sadəcə, manatın devalvasiyasından sonra onlar siqaret topdansatışı ilə məşğul olan şəxslərdən siqareti 30%-40% qaldırılmış qiymət ilə alıb hazırda ucuz sata bilməzlər. Marketlərdən isə bildiriblər ki, baha qiymət ilə alınmış siqaretləri siqaret topdansatışı ilə məşğul olan şəxslərə qaytarıb yeni qiymət ilə götürəndən sonra, siqaretlərin satışını bərpa edəcəklər.

OXŞAR XƏBƏRLƏR