Mağazalardan 310 kq ərzaq yığışdırıldı

Mağazalardan 310 kq ərzaq yığışdırıldı
Bütün Xəbərlər
09:49 16.11.2012
1133
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında aparılan monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanıBakının Binəqədi rayonunda R.Allahverdiyev küçəsi, ev 25 ünvanında yerləşən “Bizim market”də, Biləcəri qəsəbəsindəki “Tunar market”də və “Orxan market”də, 9-cu mikrorayondakı “Ramiz market”də, Xətai rayonunda M.Rüstəmov küçəsində yerləşən “İslam market”də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.Nizami rayonunda Q.Qarayev prospekti, ev 103, məhəllə 2380 ünvanında yerləşən “İnci market”də, Binəqədi rayonunda S.S.Axundov küçəsi, ev 3C ünvanında yerləşən “Bona market”də, A.Məmmədov küçəsi, ev 11 ünvanındakı “Sparta Qold market”də, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 4 ünvanında yerləşən “Çinar market”də, Ş.Mustafayev küçəsi, ev 27, mənzil 276 ünvanındakı “E&N market”də, 9-cu mikrorayon, Cavadxan küçəsi, ev 3 ünvanında Fəxrəddin Ələkbərova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkar olunub.Goranboy rayonunda Elxan Məmmədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib.Abşeron rayonunda Məmmədli kəndində Hacağa Qasımova məxsus mağazada, Xırdalan şəhərində H.Əliyev prospektində Ləman İbrahimova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib.Şirvan şəhərində L.İbrahimov küçəsində İmran Səmədova məxsus mağazada, Beyləqan rayonunda İ.İmrəliyev küçəsində Kamil Abdullayevə məxsus mağazada, Magistral küçədə Kövsər Nəsirova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
OXŞAR XƏBƏRLƏR