Macarıstan nümayəndə heyətinin Azərbaycana səfəri başlayır
Bütün Xəbərlər
07:58 05.12.2012
1005
Macarıstan baş naziri ofisinin dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri Piter Siyyartonun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 5-6-da Azərbaycanda səfərdə olacaq.Nümayəndə heyətinə Macarıstanın iqtisadiyyat, bank və turizm sektorlarının, habelə “Vizz-Air” aviaşirkətinin təmsilçiləri daxildir. Səfər çərçivəsində P.Siyyartonun Azərbaycanın rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.