Macarıstan Prezidenti Rusiyanın Ukraynada qalib gələ bilməyəcəyini deyib

Macarıstan Prezidenti Rusiyanın Ukraynada qalib gələ bilməyəcəyini deyib
DÜNYA
19:43 17.01.2024
181
Macarıstan Prezidenti Katalin Novak Rusiyanın Ukraynada qalib gələ bilməyəcəyini deyib.

Bu barədə Macarıstan dövlət başçısı Davosda keçirilən Dünya İqtisadi Forumunda panel müzakirəsində deyib.

Moderatorun "siz necə düşünürsünüz, Ukrayna bu müharibədə qalib gələcəkmi?" sualına, "Mən düşünürəm ki, Rusiya qalib gələ bilməyəcək", - deyə cavab verib.

Macarıstan Prezidenti Avropada sülhün vacibliyini vurğulayıb və əlavə edib ki, onun ölkəsi Ukraynanı dəstəkləyir.

"Rusiya bu müharibədə qalib gəlməməlidir, buna imkan vermək olmaz. Ancaq təbii ki, günün sonunda regionda sülh bərqərar olmalıdır. Ukrayna "Sülh Formulu"nu təqdim edib və biz bu Formulu dəstəkləyirik, bizim hədəfimiz sülhə nail olmaqdır", - Macarıstan Prezidenti deyib.
OXŞAR XƏBƏRLƏR