AZXEBER.COM-un “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, hadisə Budapeştin Kispetsen məhəlləsində meydana gəlib. Məlumata görə, naməlum şəxslər bölgədəki Atatürk abidəsinə qırmızı boya töküblər. Abidənin baş hissəsindən tökülən boya aşağıya axaraq Atatürkün büstünü və büstün yerləşdiyi postamenti çirkləndirib. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.