Macarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı
DÜNYA
05:47 19.04.2026
512
Macarıstanda müxalif "Tisa" partiyası parlament seçkisində 199 yerdən 141-ni qazanıb.
Bu barədə Macarıstan Milli Seçki Bürosu (NVI) məlumat yayıb.
Məlumata görə, partiyanın əsas rəqibi - Viktor Orbanın rəhbərlik etdiyi "Fidesz - Macarıstan Vətəndaş Birliyi" və Xristian Demokrat Xalq Partiyasından ibarət koalisiya cəmi 52 mandat əldə edib.
Səsvermədə altı milyona yaxın (79,56%) seçici iştirak edib.
Partiyanın sədri Peter Madyarın parlamentin ilk iclasında baş nazir seçilməsi gözlənilir. İclasın tarixini ölkə prezidenti Tamaş Şuyok müəyyən edəcək. O, artıq Madyara yeni hökumət qurmağı təklif edib.
"Tisa" parlamentdə konstitusiya çoxluğuna sahib olacaq və əsas qanuna dəyişikliklər etməyi, o cümlədən baş nazir postunda qalma müddətini iki dördillik dövrlə məhdudlaşdırmağı planlaşdırır.
Qeyd edək ki, Macarıstanda parlament seçkisi aprelin 12-də keçirilib.