‘Mado’ restoranı vətəndaşların yolunu belə zəbt etdi - FOTO

‘Mado’ restoranı vətəndaşların yolunu belə zəbt etdi - FOTO
Bütün Xəbərlər
15:03 10.07.2014
2860

"Mado" vətəndaşların yolunu zəbt etdi

Bakının daha çox “Tarqovı” adı ilə tanınan Nizami küçəsində yerləşən “Mado” kafesindən şikayət var.  Adının çəkilməsini istəməyən Bakı sakininin sözlərinə görə, “Mado” kafesi vətəndaşların hərəkəti üçün nəzərdə tutulmuş ərazini zəbt edib.  Belə ki, kafe rəhbərliyi, özlərinə məxsus ərazidən kənara çıxaraq piyadalar üçün nəzərdə tutulmuş yola masalar düzüblər və hərəkətə maneə törədirlər.  Adı çəkilən kafedə olarkən müşahidə etdik ki, həqiqətən də deyilənlər doğrudur. Kafenin qarşısında olan yol tamamilə bağlanmışdı. İnsanlar yarı yoldan geri dönməli olurdular. Hər kəs də bunun özbaşınalıq olduğunu deyirdi.  Şəkil çəkdiyimizi görən şəhər sakinlərindən biri bizə yaxınlaşdı. Jurnalist olduğumuzu və bu məsələ ilə bağlı gəldiyimizi anladıqdan sonra o da öz şikayətlərini dilə gətirdi: “Başa düşürəm ki, kafedir, müştərilərinə xidmət etməlidir. Amma belə də olmaz axı. Camaatın yolunu bağlayıblar. Kafenin içərisində yer yoxdursa, buna görə biz əziyyət çəkməliyik? Bunun bizə heç bir aidiyyatı yoxdur. Müştəri qəbul etmək üçün yerləri yoxdursa, müştəri qəbul etməsinlər. Onlar 5-10 manat daha artıq pul qazanacaqlar deyə bizə narahatlıq törətməlidirlər? Bilirəm ki, yolu bağlamalarına heç kim icazə verməyib. Özbaşına ediblər. Heç kim buna icazə verməz”.  Digər Bakı sakini Elnur Səlimov deyir ki, buna görə kafeyə cəza verilməlidir: “Utanmaq deyilən bir hiss yoxdur bunlarda? Buna kim icazə verib? İcra Hakimiyyəti hara baxır ki, bunlar burada küçəni zəbt ediblər. Bəlkə də, onların “haqqı” artıq çatıb. Ona görə də bir söz demirlər. Normalda küçədə bir dənə çöpü-çöp üstünə qoysan, başının üstünü kəsdirərlər, həm icra, həm də polis səni bezdirərlər. Bəs indi niyə yoxdurlar? Şəhərin mərkəzində baş verən bir şeyi görmürlər? Bu kafeyə cəza kəsilməlidir, cərimə edilməlidirlər”.  "Yeni Müsavat"

OXŞAR XƏBƏRLƏR