Kaliforniya ştatında məşhur pop ulduzu Madonnanı öldürməyə cəhd göstərən xəstə cani yaxalanıb.
AZXEBER.COM-un verdiyi xəbərə görə, 54 yaşlı Robert Xoskins müalicə aldığı “Metropolitan State Hospital” psixiatriya xəstəxanasının həyətində gizlənib.
Qeyd edək ki, Robert Xoskins saxlanılarkən silah tətbiq etməyə ehtiyac qalmayıb.
Məlumat üçün bildirək ki, Robert Xoskins dünən müalicə aldığı xəstəxanada yoxa çıxmışdı. Robert Xoskins zorakılığa çox meylli psixopatdır. O, 1996-cı ildə Madonnanı izlədiyinə və onu təhdid etdiyinə görə 10 il azadlıqdan məhrum edilib. Azadlığa çıxdıqdan sonra isə vandalizmdə günahkar sayılıb və müalicə üçün psixiatriya xəstəxanasına yerləşdirilib.