Madonnanın son kilipinin türkçülüklə əlaqəsi - KÖŞƏ

Madonnanın son kilipinin türkçülüklə əlaqəsi - KÖŞƏ
KÖŞƏ
02:20 11.02.2012
2831

Ramilə Əliyeva

Madonnanın son kilipi İslam dünyasında hayküyə səbəb oldu. Klipə baxdım. Gördüklərimi bölüşmək istəyirəm.

Klipdə ilk kadrlarda çaqqal kadrı var.0:09-4:43 qədər olan hissədə gördüklərimdən dolayı bu fikirlər gəldi – Sadomazoxizm, qırmızı örtük, duvaq, danışmağa hüququ olmayan ağız, (nədən məhz mavi atlas?)4:45-4:49 qədər olan hissədə Misir mifalogiyasına aid olan iki işarə. Bu işaralərdən hansısa masson qruplaşması istifadə edib. İndi xatırlaya bilmirəm, dəqiqləşdirəndə yazacam.4:50-5:02 qədər olan hissədə nədənsə “pedofil” anlamı gəldi ağlıma. Daha dəqiq isə Sam Hayes’in “Tell Tale” əsəri.5:02-dən başlayan həssədə bu gün Türkiyə mədəniyyətinin bir hissəsi olan “sufi rəqsləri”. Maddonanın əlindəki mavi su və mavi suyun içərisində yaranan “aypara”.5:35-ci saniyədə ərəb dilində olan yazıların üstündə üzüm suyu. Dəqiq bilmirəm, amma oxumuşam ki, üzüm suyu və üzüm çiyidinin qıcqırması Quranda haram maye hesab edilir. Bilənlər dəqiqləşdirə bilərlər. Mən də dəqiqləşdirəcəm.5:47-ci saniyədə qoca kişi. Bu qoca kişi avropalı deyil inanın. Başının üstündə olan “aypara” və ulduz.6:00 saniyədə Madonnanın üzünə tutduğu işarə. Qaraqoyunluların damğası. Türklərin baş daşı olan bir çox qoç abidələrində bu damğadan var.Sonra başlayan “sufi rəqsləri”, alin içində mavi su və “aypara”…6:34-6:35 saniyələr arasında az qala “25-ci kadr” adlandıra bləcəyim insane skleti kadrı. Çox diqqətlə baxmasanız görə bilməyəcəksiniz. Diqqətlə baxın!Başlanğıcda və sonda verilən çaqqal kadrı – çaqqala dönmüş qurdmu demək istəmişlər?!Mən bunları gördüm. Bu klipin tək İslamla deyil, türkçülüklə bir başa əlaqəsi var. Prodyusseri və rejisoru, yaxud ssenaristi erməni əsilli olsa heç təccüblənməm.
OXŞAR XƏBƏRLƏR