İngiltərənin "Mançester Siti" klubu Serxio Agüeronun keçidini rəsmiləşdirib. Futbolçu özü də bu haqda "Twitter" səhifəsində məlumat yerləşdirib. 23 yaşlı forvard müqaviləyə imza atmaq üçün İngiltərəyə yollanıb. "Şəhərlilər" argentinalının transferi üçün futbolçunun sabiq klubu "Atletiko Madrid"ə 42 milyon avro ödəyəcək. Bu transfer klub tarixinə ən bahalı transfer kimi düşəcək. Agüero ingilislərlə 5 illik müqavilə imzalayacaq və bu müddətdə həftəyə 220 min avro məvacib alacaq ( ilə 11.5 milyon avro).