Maduroya yaxın şəxs ABŞ-yə deportasiya edildi

Maduroya yaxın şəxs ABŞ-yə deportasiya edildi
DÜNYA
14:53 17.05.2026
307
Nikolas Maduronun yaxın adamlarından biri hesab olunan kolumbiyaəsilli dövlət məmuru Aleks Saab saxlanıldıqdan bir neçə ay sonra Venesueladan ABŞ-yə deportasiya edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Venesuela Miqrasiya Agentliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Deportasiya qərarı adıçəkilən Kolumbiya vətəndaşının Amerika Birləşmiş Ştatlarında müxtəlif cinayətlər törətməkdə iştirakı nəzərə alınaraq qəbul edilib. Bu fakt hamıya məlumdur, aşkardır və kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb", - deyə açıqlamada qeyd olunub.

"Reuters" agentliyinin məlumatına əsasən, ABŞ hüquq-mühafizə orqanlarının nümayəndəsi Saabın fevral ayında Karakasda ABŞ və Venesuela rəsmilərinin birgə keçirdiyi əməliyyat zamanı saxlanıldığını bildirib.
 
\oxu.az
OXŞAR XƏBƏRLƏR