“Maestro School”un yetirmələri ilkə imza atdılar – FOTOLAR

GƏNCLİK
16:33 15.11.2022
4360

IT məktəbinin yetirmələri beynəlxalq olimpiadada yarımfinala yüksəldilər

"Maestro School” uşaqlar və yeniyetmələr üçün peşəkar IT məktəbinin yetirmələri Rumıniyada təşkil olunan robottexnika üzrə uşaqlar arasında beynəlxalq olimpiadada iştirak ediblər.

Məktəbin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, paytaxt Buxarest şəhərində baş tutan olimpiadaya dünyanın müxtəlif ölkələrindən 800 iştirakçı qatılıb. Uşaqlar arasında keçirilən beynəlxalq robottexnika olimpiadasında Azərbaycanı "Maestro School”un dörd yetirməsi – Əli Matanov, Əziz Sultan, Yusif Ağayev, Tahsin Şaliyev və məktəbin iki müəllimi təmsil edib.

Bu qədər az heyətlə təmsil olunmasına baxmayaraq, "Maestro School”un yetirmələri yarımfinala vəsiqə qazanıblar. Bununla da həmyerlilərimiz 2024-ci cü ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək daha böyük miqyaslı beynəlxalq olimpiadaya vəsiqə qazanıblar. Digər ölkələr 50-100 arası heyətlə olimpiadaya qatılsalar da, dörd nəfərlik heyətlə Azərbaycan komandası bir ilkə imza atıb.

"Robochallenge” tətbiqi layihələrə həvəsli olan tələbələr və müasir texnologiyaları əxz etmək istəyən gənclər üçün nəzərdə tutulan robototexnika yarışmasıdır. Müsabiqə həm yeni başlayanlar, həm də mütəxəssislər üçün açıq olsa da, daha çox robototexnika həvəskarları üçün nəzərdə tutulub. "Robochallenge”, "ETTI ROBOCHALLENGE” komandası tərəfindən Elektronika fakültəsinin "Liga Studentilor Electronisti” ilə birgə təşkil etdiyi müsabiqədir və Buxarestin "Politehnica” Universitetinin Elektronika, Telekommunikasiya və İnformasiya Texnologiyaları fakültəsi tərəfindən keçirilir.

Qeyd edək ki, "Maestro School” 6 yaşdan 16 yaşa uşaqlar üçün proqramlaşdırma və robottexnika məktəbidir və övladlarınızı keyfiyyətli İT təhsil ilə təmin edir. Məktəbin əsas fəaliyyət istiqaməti "full stack” proqramçıların formalaşmasına yönəlib. Təlim sistemi davamlı olaraq inkişaf edən İT protokollarına uyğunlaşdırılır və ən aktual biliklər, kompleks təlim proqramları, müəllim-praktiklər və effektiv tədris metodikası "Maestro Schoo”lun dəsti-xəttidir.

Proqramlaşdırma – uşaqlar üçün

Proqramlaşdırma – yeniyetmələr üçün.

Mobil Proqram Tərtibatçısı

Uİ&UX Dizayn

Robototexnika

VR/AR Tərtibatı

Bura Front – End,

Back – End,

SQL

(+994)513002233


www.maestroschool.az
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər