Magistraturalara tələbə qəbulu başlayır

GƏNCLİK
09:42 19.01.2011
3217

Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün 2011-ci il yanvarın 25-dən fevralın 7-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək “TQDK-nın ödəmə kartı”nı və tələb olunan sənədləri sə¬nəd¬ləri müvafiq Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməlidirlər.
Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər.

Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsi” formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirirlər.
Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

Əcnəbi və ya vətəndaşlığı olmayan ali təhsilli şəxslər “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

“Bakalavrın elektron ərizəsi” formasının təsdiqi üçün TQDK tərəfindən yara¬dılmış bütün Sənəd Qəbulu Komissiyalarının siyahısı və tələb olunan sənədlər “Magistr” jurnalının 2-ci sayında dərc olunub.

Bu bölmədə “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi ilə yanaşı, onun doldurulma qaydası da verilmişdir.

Qəbul imtahanı - Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.

Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Birinci mərhələnin imtahanı 2011-ci il fevralın 20-də keçirilir və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur.

Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar.

İkinci mərhələyə buraxılan bakalavrlar “Magistr” jurnalının 2011-ci il 4-cü sayında dərc ediləcək elana əsasən bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçir və bu proqrama aid olan ixtisaslaşmalardan qəbul olmaq istədikləri ixtisaslaşmaların kodlarını ərizələrinə daxil edib təsdiq edirlər (“İxtisas¬laş¬ma seçimi cədvəli” və qəbul proqramları “Magistr” jurnalının 2011-ci il 3-cü sayında, qəbul aparılan ixtisaslaşmalar və onlara ayrılan yerlərin proqramlar üzrə siyahısı “Magistr” jurnalının 2011-ci il 4-cü sayında veriləcəkdir).

Test tapşırığı nümunələri - Bu bölmədə ümumi intellekt səviyyəsi ( məntiqi təfəkkür), informatika və xarici dili (ingilis dili, alman dili, fransız dili, rus dili, ərəb dili, fars dili) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunur. Magistraturaya qəbul imtahanına hazırlaşan gənclər bu test tapşırıqları vasitəsilə birinci mərhələ üzrə imtahanda onlara təqdim olunacaq sualların modeli ilə yaxından tanış olmaq, həmçinin öz hazırlıq səviyyələrini yoxlamaq imkanı qazanacaqlar.

“Magistr” xüsusi buraxılışının növbəti sayında 2011/2012-ci tədris ili üçün magistraturaya bütün ixtisaslaşmalar üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahıları, ixtisaslaşma seçimi cədvəli və tövsiyələr dərc ediləcək.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir