Azərbaycanda magistraturaya qəbul imtahanlarının birinci mərhələsində iştirak üçün “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb.
Bu barədə AZXEBER.COM-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni öz elektron ərizələrinə daxil olaraq çap edib götürməlidirlər.
Magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 4-də keçiriləcək.