A.Hacılının qardaşı, Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli bildirib ki, A.Hacılı və G.Aslanlı RF-nin Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində polis tərəfindən saxlanılaraq yerli polis idarəsinə aparılıblar: “Hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqala stansiyasında A.Hacılı və G.Aslanlını qatardan düşürərək polis idarəsinə aparıblar. Saxlanılmanın səbəbləri ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Guya onlar nə isə səs-küy salıblar”.
Mahaçqala Nəqliyyatda Daxili İşlər İdarəsindən isə APA-nın sualına cavab olaraq bildiriblər ki, Azərbaycan vətəndaşları Arif Hacılı və Gülağa Aslanlı artıq Bakıya geri qaytarılıblar. İdarədən onların hansı səbəbdən saxlanıldıqları barədə heç nə deyilməyib.
Hələlik A.Hacılı və G.Aslanlının polis idarəsindən buraxılıb-buraxılmadıqları haqda dəqiq məlumat yoxdur.