Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa təmsilçisi "Rakuv”un heyətində növbəti qolunu vurub.
AZXEBER.COM QOL.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Hayduk”la (Xorvatiya) səfər matçında fərqlənib.
Start heyətdə meydana çıxan Emreli 27-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.
Hazırda 1-ci hissə gedir və hesab 1:1-dir.
Bu, Emrelinin "Rakuv"un heyətində Konfrans Liqasında 2-ci, ümumən isə 3-cü qoludur.