Tanınmış vəkildən dəhşətli sözlər: „Mahiri Elşad Abdullayev özü aradan götürdüb, digər qardaşı Eldənizi də özü zəhərlədib, çünki ...“ “Mən bir daha qəti olaraq deyirəm ki, Mahiri Elşad Abdullayev özü aradan götürdüb, digərqardaşı Eldənizi də özü zəhərlədib, çünki Eldəniz çox şeyi bilirmiş və açıqlamaq istəyirmiş...”
AZXEBER.COM-un məlumatına görə, bu sözləri “Təzadlar” qəzetinə müsahibəsində tanınmış vəkil Ramiz Zeynalov deyib. Onun dediyinə görə, yaxın vaxtlarda bununla bağlı ictimaiyyət də məlumatlı olacaq: „Bir daha deyirəm və bunu sübut edəcək əsaslarım var ki, Mahir Abdullayev Elşad Abdullayevə məxsus olan pulu götürüb aradan çıxıbdır və bir müddət Kürdəmirin müxtəlif yerlərində, qohumlarının evində gizlənibdir… Hazırda onun yoxa çıxması üzrə aparılan istintaq elə mərhələdədir ki, mən hələlik başqa heç nə demək istəmirəm… Siz bu yaxınlarda şok hadisə və faktların canlı şahidi olacaqsınız…“ Tanınmış vəkil Elşad Abdullayevə sualla müraciət edib: „Elşad, əgər sən qardaşın Mahirin öldürülməsində və ya yoxa çıxarılmasında iştirak etməmisənsə, sənə deyiblər ki, Mahiri qardaşın oğlu Mübariz oğurlayıb, həmçinin ifadəndə yazırsan ki, qardaşımın oğurlanmasından 6 il keçsə də Mübarizdən bir xəbər yoxdur, niyə qardaşın oğlunun axtarılmasını təmin etmirdin bu müddətdə? Və niyə istintaq qarşısında məsələ qaldırmırsan???“Ramiz Zeynalov qeyd edib ki, Elşad Abdullayevin məqsədi əslində qardaşını axtarmaq deyil: „Biləsiniz ki, o, bütün indi yaydığı gizli çəkilmiş videoları da əvvəldən düşünülmüş şəkildə, əsil həqiqəti diqqətdən yayındırmaq, özünü qardaş axtaran kimi göstərmək üçün təşkil edib. Təsəvvür edin, bir tərəfdə istintaq gedir, o biri tərəfdən isə o, 9 il imiş ki, ayrı-ayrı adamlardan ona Mahirin axtarılmasında kömək etməsini acizanə xahiş etməklə qəsdən sövdələşmə şousu yaradıb gizli çəkiliş aparırmış… Hansı normal adam belə mənasız və məntiqsiz işlərlə məşğul olardı? Təkrar edirəm, bilə-bilə ki, qardaşının başına nələr gəlib… Ona görə də onun gizli çəkdiyi, qanunsuz üsullarla əldə etdiyi bu videoların istintaq üçün birmənalı olaraq heç bir hüquqi əsası yoxdur, maddi sübut növü sayıla bilməz… Bütün bunların hamısı Elşad Abdullayev tərəfindən qardaşının öldürülməsi faktını ört-basdır etməkdən ötrü ortaya atılmış başqatan bir şoudur…„"Sən bu dələduzluq əməlinə görə cavab verəcəksən" Vəkil həmçinin deyib ki, Elşad Abdullayevin hüquq elmindən xəbəri yoxdur: „O, ötən 9 il müddətindəəməlli-başlı operatorluq və rejissorluq edib, özünün gizli yaratdığı studiya vasitəsilə köməyinə guya çağırdığı tanınmış insanları şantaj etmək üçün gizli çəkilişlər aparmışdır.Açıq deyirəm, Elşad hüquq elmindən xəbəri olmayan bir adamdır. Bilirsiniz ki, onun elmlər doktoru elmi dərəcəsi də plagiat, yəni oğurluq olduğu üçün Rusiya Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə ləğv edilib. İndi də özünü hüquq akademiki» adlandırır. Onun video müsahibələrini, açıqlamalarını və bir müddət əvvəl istintaqa verdiyi ifadəsini tutuşdurun. Bir-birini təkzib edən, bir-birinəəks olan fikirlər, məntiqsiz söhbətlərdir. Deyir ki, mən uzun illər hüquq sahəsində çalışmışam… Sən hansı hüquq sistemində işləmisən, yerini de görək də… Sən həmişə onun-bunun buyruğunda olan adam olmusan. Hamı bilir ki, qaynatana sığındın, onun vasitəsi ilə kiminsə qanadı altında başladın ABU kimi korrupsiya yuvası yaradıb on minlərlə insanı zəlil etməyə… Rüşvət, korrupsiya… Bunlar sənin həyat amalın olub, axı biz bunu bilirik. ABU adlı bu korrupsiya yuvasını gec də olsa, Təhsil Nazirliyi yoxlayıb bağlayıb. Bu gün sənin davan nədir? Davan qardaşın Mahirin oğurlanması yox, öldürülməsi faktı üzrə(!!!) qaldırılmış cinayət işinin istintaqını başqa səmtə yönəltməkdir və artıq“xoruzun quyruğu“görünməyə başlayıb deyə, indi də başlamısan məsələni siyasiləşdirməyə, siyasi hakimiyyətin qanadını ittiham etməyə, ictimaiyyəti də bu yolla çaşdırmağa…“ Vəkil qeyd edib ki, Elşad Abdullayev əməllərinə görə cavab verməlidir: „Bəs bu 9 ildə niyə bu barədə susurdun? Nə mane olurdu??? Gözləyirdin ki, kimsə dünyasını dəyişsin, sonra??? Axı, sənə yalan məlumat verməyə görə cinayət məsuliyyəti daşımağın barədə istintaqda rəsmi qaydada xəbərdarlıq edilmişdi. Niyə indi dediyin bu ittihamları o vaxt istintaqa deməmisən? Sən bu dələduzluq əməlinə görə cavab verəcəksən. Sən on minlərlə tələbəni aldadıb pulunu mənimsəməyinə görə Azərbaycana gəlib məhkəmə qarşısında xalqa cavab verəcəksən. Bu gün həmin pulların sayəsində Fransada kef içində yaşayıb Azərbaycan dövlətini və xalqını gözdən salmaqla məşğul olmağının cavabını verəcəksən. Məqsədin qardaşını axtarmaq deyil“ Vəkil daha sonra əlavə edib: "Sən yaxşı bilirsən ki, qardaşının öldürülməyində sənin əlin nə dərəcədədir… Bəli, bəli, məhz sənin! Bir az səbrli ol, istintaqın yekunlaşmasına az qalıb… O biri qardaşını da özün zəhərləmisən, çünki bəzi şeyləri də o bilirdi… Guya 8 nəfərin, o cümlədən Z.Dünyamalıyevin, Sevinc Babayevanın… ёmütəşəkkil dəstə tərəfindən öldürülməsini» yalandan ortaya atıb baş qatırsan. Mən vəsadət qaldırmışam ki, həmin şəxslərin zəhərləndiyi iddia edilən obyektlər, müalicə aldıqları xəstəxanalardan xəstəlik vərəqələri götürülsün, bu iş üzrə şahidlər istintaq tərəfindən dindirilsin. Vəsatətlərimin hamısı da təmin olunub. Elşad, sən bu gün bəzi KİV-lər vasitəsilə Azərbaycan xalqı ilə hakimiyyət, dövlət qurumları arasında etimadsızlıq və qarşıdurma mühiti yaratmaq istəyirsən… Sən elə bilirsən ki, kimlərsə sənin yalanlarına inanır? Sən yalandan deyirsən ki, mənim Arzu Kazımovla bağlı ev alqı-satqı işim olmayıb. Yalan danışırsan! Müqaavilələr və digər sənədlər istintaqa təqdim edilib, hər şey sənin uydurduqlarının əksinədir. Sən pulları Arzu Kazımova 30 faiz sələmə verib pul qazanmısan. Sən özünə məxsus Tibb Universiteti tikdirmək üçün Arzu Kazımovun qardaşına məxsus torpaq sahəsini almısan və pulu da əvəzləmə qaydasında buna görə vermisən. 5 tərəfli müqavilədə qaynatanı qabağa verib onu bu universitetin təsisçisi kimi müqaviləyə daxil etmisən“