İran prezidenti Mahmud Əhmədinejadı prezidentliyə namizədlərin qeydiyyatı zamanı yol verdiyi qanun pozuntusuna görə 74 şallaq zərbəsi və ya altı ay müddətinə həbs cəzası gözləyir.
AZXEBER.COM-un məlumatına görə, bu barədə “The Telegraph” qəzeti yazıb.M.Əhmədinejad ehtimal olunan xələfi İsfəndiyar Rahim prezidentliyə namizəd qismində qeydiyyatdan keçən zaman onu müşayiət edib. Mayın 11-də dövlət televiziyası prezidentin müttəfiqi ilə olan kadrlarını göstərib. Dövlət başçısının namizədlərdən hər hansı birini dəstəkləməsi qanunvericiliyə ziddir.İran hökumətinin mətbuat katibi Qulamhüseyn İlham prezidentin hərəkətlərində heç bir qanun pozuntusunun olmadığını və onu heç bir şallaq və ya həbsin gözləmədiyini bildirib.Onun sözlərinə görə, prezident qeydiyyat zamanı dövlət başçısı kimi deyil, sıravi şəxs kimi iştirak edib.












































