Makronun istefası tələb olundu

Makronun istefası tələb olundu
DÜNYA
17:13 18.10.2026
149
Fransanın "Vətənpərvərlər” partiyasının lideri Florian Filippot ölkədə baş verən kütləvi iğtişaşlar və etiraz aksiyalarından sonra hazırkı prezident Emmanuel Makronun istefa verməli olduğunu bildirib.

AZXEBER.COM xəbər verir ki, ölkədə prezidentliyə namizəd olan Filippot Fransa hakimiyyətini genişmiqyaslı qeyri-qanuni miqrasiyaya şərait yaratmaqda ittiham edib. O əlavə edib ki, "milli suverenliyin” bərpası zəruridir.

"Xaosdan çıxmaq üçün hakimiyyətdəki xainləri qovmaq və dövlətçiliyi bərpa etmək lazımdır”, - deyə o, sosial şəbəkələrdə bildirib.

Qeyd edək ki, Fransada etiraz aksiyaları genişmiqyaslı xarakter alıb. Bununla yanaşı, Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit cümə günü ölkə üzrə kütləvi etirazlardan əvvəl kanadalı müğənni Selin Dionun konsertinə qatılıblar.
OXŞAR XƏBƏRLƏR