Maksim Medvedev: "Qələbəni əsgərlərimizə, Azərbaycan xalqına həsr edirik"

Maksim Medvedev: "Qələbəni əsgərlərimizə, Azərbaycan xalqına həsr edirik"
İDMAN
10:25 02.10.2020
778
"Həqiqətən çox emosional ağırlıq altında idik. Çünki oyuna gedəndə necə böyük məsuliyyət daşıdığımızı başa düşürdük. Bu isə istər-istəməz bizə psixoloji baxımdan təzyiq idi".
 
AZXEBER.COM-un məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya"ya 3:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazandıqları oyundan sonra Heydər Əliyev Aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

31 yaşlı müdafiəçi matçdan öncə istənilən senariyə hazır olduqlarını bildirib: "Baş məşqçimiz bizə daim cəbhədə olan vəziyyətdən danışırdı, durumu izah edirdi. Çalışırdıq ki, legionerlərimizə də bunu çatdıraq. Başa düşsünlər ki, bu oyun Azərbaycan üçün nə dərəcədə vacibdir. Sevinirəm ki, buna nail olduq, qələbə qazandıq. Həmin qələbəni əsgərlərimizə, Azərbaycan xalqına həs edirik. Fikirləşirəm ki, növbəti qələbələrimizi də ancaq əsgərlərimizə hədiyyə etməliyik".

Təcrübəli oyunçu Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə qarşı dünənki oyunu göstərə bilməmələrinin səbəbini açıqlayıb: "Bu komanda ilə oyunun statistikasına baxsaq, doğrudan da rəqibi hərtərəfli üstələmişdik. Sadəcə, qol imkanlarından yararlana bilmədik. Allah böyükdür. Norveçlilərin pley-offda görüşdüyü "Ferentsvaroş"la matçda bizim üçün hansı nəticə ola biləcəyini bilməzdik. Qismət belə imiş ki, "Molde"yə penaltilər seriyasında uduzaq. Azərbaycanın bugünkü hərbi vəziyyətində Polşada Qarabağın adını bir daha Avropaya eşitdirmək bizə qismət oldu. 

Medvedev cəbhə xəttində baş verənlərin komandaya təsirindən də söz açıb: "Bildiyiniz kimi, komandamızda çoxlu legioner var. Onlar bəlkə də bizim üçün ciddi olan söhbəti bilmirlər. Özüm şəxsən 2 gün yatmadım, hər gün səhər saat 07:00-da SMS-lər gəlirdi, xəbərləri açıb baxırdım. Qara Qarayev nə vaxt görüşürdüksə, mövzumuz yalnız cəbhədə olan vəziyyət idi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
20:00 16.10.2026
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
19:26 16.10.2026
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
19:13 16.10.2026
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
18:55 16.10.2026
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb