AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, qəssablar deyirlər ki, bahalaşma satışa da ciddi təsir göstərib.
Alıcılar da qiymət artımını təsdiq edirlər. Onların sözlərinə görə, qiymətlərdəki dəyişiklik gündəlik alış-verişə də təsir edir.
Ət satanlar bildirirlər ki, qiymət artımı fərdi təsərrüfatlardan gətirilən diri heyvanların alış qiymətinin yüksəlməsi ilə bağlıdır. Qəssabların sözlərinə görə, diri heyvanların daha yüksək qiymətə alınması pərakəndə satış qiymətinə də təsir edib.











































