Paytaxtda yol polisinin nəqliyyat qaydalarını pozması ilə bağlı video yayılıb.
ANS PRESS-in məlumatına görə, görüntü sosial şəbəkədə yayılıb. Videodan da göründüyü kimi avtomobili polis tərəfindən cərimə meydançasına aparılan sürücü DYP əməkdaşının maşını telfonla danışaraq idarə etməsini lentə alıb. Bundan əsəbləşən yol polisi isə sürücünün telefonunu ondan alıb. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Polis əməkdaşı telefonunu istəyən sürücüyə "gördün, maşını sürə-sürə telefonu əlindən necə aldım? Malış, ağıllı ol” deyib.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə ANS PRESS-ə açıqlamasında faktla bağlı məlumatının olduğunu və araşdırma aparıldığını deyib.