Maliyyə Nazirliyindən Cahangir Hacıyevin ittihamlarına – CAVAB

Maliyyə Nazirliyindən Cahangir Hacıyevin ittihamlarına – CAVAB
SOSİAL
15:29 02.09.2016
1374
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankına külli miqdarda ziyan vurulması faktı ilə əlaqədar bankın İdarə Heyətinin sabiq sədri və onunla birlikdə təqsirləndirilən şəxslərin işi üzrə keçirilən iclaslarda Maliyyə Nazirliyinin rəhbər şəxsləri haqqında deyilənlərə münasibət bildirməsi üçün nazirliyin mətbuat katibi Mayis Piriyevə müraciət edib.
Bankın İdarə Heyətinin sabiq sədrinin keçirilən məhkəmə iclaslarında Maliyyə Nazirliyinin rəhbərliyinin ünvanına səsləndirdiyi ittihamlarla əlaqədar nazirliyin mətbuat katibi deyib ki, bir qayda olaraq qurum səfehləmələrə münasibət bildirmir və bu tip açıqlamaların səviyyəsi hər hansı bir ciddi reaksiya da tələb etmir.
"Yeganə olaraq qeyd edə bilərik ki, müttəhim kürsüsündə əyləşən bankın sabiq rəhbərinin həqiqəti əks etdirməyən və hər hansı fakta söykənməyən boğazdan yuxarı "açıqlamaları" törətdiyi cinayətləri siyasiləşdirmək, ictimaiyyətin diqqətini törətdiyi və bu gün məhkəmə predmeti olan əməllərindən yayındırmaq və mühakiməyə aidiyyəti olmayan məsələlərə yönəltmək məqsədi ilə istifadə edilən ucuz fəndlərdən başqa bir şey deyil. Həmin uğursuz fəndlər və manevrlər də nəticə etibarı ilə məhz özünü ifşaedici xarakter daşıyır. Belə ki, həmin şəxsin məhkəmə iclasında etiraf etdiyi kimi, qaytarılmayan kreditlərin ayrılması bilavasitə onun şəxsi qərarları və tapşırıqları əsasında həyata keçirilmişdir. Bu zaman Müşahidə Şurasının müəyyən etdiyi kredit riskləri üzrə limitlər kobud şəkildə pozulmuşdur (limitlər aşdığı təqdirdə Müşahidə Şurasının razılığı olmalı idi). Bir çox hallarda isə kreditlər bankın İdarə Heyətinin sabiq sədrinin ayrı-ayrı xarici ölkələrdə yaradılmış və nəticə etibarı ilə sahibliyi ona məxsus olan müxtəlif ofşor şirkətlərə (Lüksemburqun adını o təsadüfən çəkməyib) ötürülərək banka heç bir fayda gətirməyən layihələrin həyata keçirilməsinə yönəldilmiş və ya nağdlaşdırılaraq mənimsənilmişdir", - deyə açıqlamada qeyd olunub.
Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, 2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Müşahidə Şurasının qərarlarına zidd olaraq 1,5 mln manat limitindən yuxarı məbləğlərdə hüquqi və fiziki şəxslərə ümumilikdə 1,3 milyard manat, 1,4 milyard dollar və 300 milyon avro həcmlərində kreditlər verilmişdir ki, bunların da əksəriyyəti uzun müddət ərzində qaytarılmayaraq problemli və ümidsiz kreditlər qrupuna aid edilib: “Eyni zamanda, bankın sabiq rəhbərliyinin göstərişləri ilə mövcud qanunvericiliyə zidd olaraq 2 minə yaxın halda 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq hər hansı müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunmuşdur. Bu vəsaitlər sonradan çoxpilləli köçürmələr vasitəsilə son benefisiarı və ya benefisiarlardan biri Cahangir Hacıyev olduğu layihələrə yönəldilib, onların əksəriyyəti bu günədək qaytarılmamış qalmaqdadır".
O ki qaldı Müşahidə Şurasının qərarları ilə rəsmiləşdirilməsinə razılıq verilən kreditlərə, M. Piriyev deyib ki, bunların sayı 7, ümumilikdə məbləği isə 250 milyon ABŞ dolları və 261 milyon manat təşkil edib ki, bugünkü tarixə qeyd olunan kreditlərin hamısı bağlanıb.
APA.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO