Maliyyələşəcək saytlara yeni tələb qoyuldu - Yazıların yalnız 25%-i

Maliyyələşəcək saytlara yeni tələb qoyuldu - Yazıların yalnız 25%-i
MEDİA
11:18 27.05.2025
265
Xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır. Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən çap mediası və onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək, maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı olması ilə bağlı tələb irəli sürülüb. Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov APA-ya geniş müsahibəsində deyib.

"Mediada sağlam rəqabət mühitinin olması və bunun təmin edilməsi inkişaf üçün vacib şərtdir. Yerli onlayn media subyektləri onlara təqdim olunan rəqəmsal alətlər vasitəsilə auditoriyasını və rəqibləri arasındakı mövqelərini müəyyənləşdirmək imkanı qazanıblar.

Məlumdur ki, artıq insanların düşüncəsinə nüfuz etmiş rəqəmsallaşma fenomeni, eyni zamanda, yeni imkanlar və fürsətlər qazandırır. Belə ki, rəqəmsal texnologiyalar mediaya geniş auditoriyalara daha sürətli və səmərəli şəkildə çatmaq imkanı verir. Texnologiyanın inkişafı ilə mediada həm ənənəvi xəbər istehsalı prinsipləri, həm də oxucuların məlumatları qəbul etmək üsulları və mənbə seçimləri davamlı dəyişir. Media sahəsində tendensiyaların tez-tez dəyişdiyi və yeni alətlərin aktuallaşdığı rəqəmsal qloballaşma prosesləri fonunda xəbər saytlarının dinamik trendlərə uyğunlaşması, oxucuların marağını cəlb etmək və oxucu kütləsini saxlamaq üçün effektiv kontent və marketinq strategiyaları formalaşdırması zərurəti də yaranır”, - Ə.İsmayılov qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
00:48 28.05.2025
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
21:54 27.05.2025
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Məhkəmə Hüseynlə bağlı qərar verdi
21:38 27.05.2025
Məhkəmə Hüseynlə bağlı qərar verdi
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
21:29 27.05.2025
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
21:18 27.05.2025
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
21:13 27.05.2025
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
21:09 27.05.2025
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib