Maltalı parlamentari: "Seçici aktivliyinin şahidi olduq"

Maltalı parlamentari: "Seçici aktivliyinin şahidi olduq"
Bütün Xəbərlər
19:00 01.11.2015
496

Paytaxt Bakıda 3-cü dəfəsəfərdə olan Malta Parlamentinin üzvü Frederik Azzopardi də seçki təəssüratlarını Secki-2015.az saytına bölüşüb.

Seçki məntəqələrindəki müşahidələrindən danışanFrederik Azzopardiqeyd edib ki, insanlar məntəqələrə gələrək azad şəkildə səs verirlər: "Məntəqələrdə insanların səsverməsi üçün bütün şərait yaradılıb. Onlara heç bir əngəl yaradılmır".

Seçici aktivliyinə toxunan parlamentari bildirib ki, o, tezdən seçki məntəqəsində olarkən, artıq 30 faiz seçicinin səsvermədə iştirak etdiyinin şahidi olub.

OXŞAR XƏBƏRLƏR