Tanınmış müğənni Manaf Ağayevin növbədənkənar parlament seçkilərində Füzuli şəhərindən namizədliyini irəli sürəcəyi ilə bağlı xəbər yayılıb.
Bununla bağlı AZXEBER.COM-a açıqlama verən müğənni xəbəri təkzib edib.
O, bu məlumatı yayanları məhkəməyə verəcəyini bildirib:
"Bu xəbər yalandır. Deputatlıq elə bir sahədir ki, mənim ümumiyyətlə bundan başım çıxmır. Belə bir şey heç vaxt ola bilməz. Mən heç bir yerdə bu barədə söhbət etməmişəm. Bu xəbəri yayanları məhkəməyə verəcəyəm".
Xatırladaq ki, yayılan xəbərlərdə Manaf Ağayevin 84 saylı Füzuli seçki dairəsindən namizədliyini irəli sürəcəyi iddia edilib.
Aysel Hacızadə