“Toylar kralı” Manaf Ağayevin başına iş gəlib.
Müğənni açıqlamasında bildirib ki, 120 min manat qiyməti olan “Lexus” markalı avtomobili ilə qəzaya düşüb. Maraqlıdır ki, qəza hər hansı bir maşınla deyil, tikinti materialının törətdiyi xoşagəlməz hal zamanı baş verib. Belə ki, bu gün küləkli hava şəraiti ilə əlaqədar olaraq, tikinti işləri gedən çoxmərtəbəli binanın 6-cı mərtəbəsindən pəncərə avtomobilin üzərinə düşüb: “Hadisə vaxtı mən və oğlum maşının içində oturmuşduq. Bu vaxt binanın dam örtüyü güclü külək nəticəsində qoparaq düz avtomobilin üstünə düşdü. Xoşbəxtlikdən, bizə heç nə olmadı, xəsarət almadıq, sağ-salamatıq. Amma maşınıma ciddi ziyan dəyib. Pəncərə güclü zərblə maşının üstünə düşdü. Nəticədə isə padpres (alın şüşəsi-red.) sındı, kapot əzildi... Təxmini hesabladım ki, maşınıma 9-10 min manat ziyan dəyib”. Qeyd edək ki, hadisə Bakının Azadlıq prospektində, “Yeni Həyat” klinikasının yaxınlığında çoxmərtəbəli yaşayış binasının qarşısında baş verib. Binanın dam örtüyü güclü küləyin təsirindən uçub. Oxuculara Gecce.az saytının hadisə yerindən çəkdiyi fotoları təqdim edirik.



