"Mançester Yunayted" baş məşqçisinə yeni müqavilə təklif etmək istəyir

İDMAN
19:58 28.09.2023
306
İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Erik Ten Haqı postunda saxlamaq niyyətindədir.

"Qırmızı şeytanlar" 53 yaşlı mütəxəssisə yeni müqavilə təklif etməyə hazırlaşır.

Klubun icraçı direktoru Riçard Arnol və idman direktoru Con Merto komandanın mövsümə uğursuz start verməsinə baxmayaraq, Ten Haqa tam dəstək verib.

Qeyd edək ki, Erik Ten Haqın hazırkı müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
OXŞAR XƏBƏRLƏR