İngiltərə Premyer Liqasında IX tura yekun vurulub.
Ilk oyun günündə turun 5 qarşılaşması keçirilib.
"Vulverhempton" - "Suansea" oyununda qalib müəyyənləşməyib - 2:2. "Vest Bromviç" səfərdə "Aston Villa"nı 2:1, "Sanderlend" "Bolton"u 2:0, "Nyukasl" evdə "Viqan"ı 1:0 hesabı ilə yenib. "Liverpul" isə "Norviç"i qəbul edib. Meydan sahibləri ilk yarının son dəqiqəsində Bellaminin qolu ilə hesabda önə keçib. "Novriç" isə 60-cı dəqiqədə Holtla bərabərlik qoluna imza atıb və oyun 1:1 hesabı ilə yekunlaşıb. Bu "Liverpul"un Premyer Liqada ardıcıl ikinci 1:1 hesablı heç-heçəsidi.Turun qalan beş oyunu bu gün keçirilib. Həftənin əsas oyunu Mançester derbisi olub və "Mançester Yunayted" "Mançester Siti"ni qəbul edib. Azarkeşlər "Old Trafford"da derbiyə layiq oyun izləsə də, hesab derbi adına yaraşan olmayıb. Belə ki, qarşılaşma "Qırmızı şeytan"ların rusvayçılığı ilə başa çatıb. "Siti" həmşəhərlilərini 6:1 hesabı ilə yenib. Hesabı 22-ci dəqiqədə Mario Balotelli açıb. 47-ci dəqiqədə Coni Evans meydandan qovulub və meydan sahibləri azlıqda qalıb. "Mançester Yunayted"in faciəsi elə bununla başlayıb. 60-cı dəqiqədə Balotelli, 9 dəqiqə sonra Serxio Aquero fərqlənib. 81-ci dəqiqədə Darren Fletçer fərqi azaltsa da, əlavə vaxtda Edin Dzeko iki, David Silva bir qol vuraraq hesabı 6:1-ə çatdırıb.Uğursuz mövsüm keçirən "Arsenal" evdə "Stok Siti"ni 3:1 hesabı ilə yenib. "Everton" eynihesabla səfərdə "Fulhem"ə qalib gəlib. "Tottenhem" səfər oyununda "Blekbern"ə 2:1 hesabı ilə qalib gəlib. "Çelsi" isə debütant "Queens Park"a uduzub. 10-cu dəqiqədə vurulan penalti oyunda yeganə olub.İngiltərəPremyer LiqaIX tur22 oktyabrVulverhempton - Suansea 2:2Qollar: Doyle, 84. O`Hara, 86 - Qraham, 23. Allen, 35.Aston Villa - Vest Bromviç 1:2Qollar: Bent, 23-pen - Olsson, 45. Şkarner, 57.Nyukasl - Viqan 1:0Qol: Kabaye, 81.Bolton - Sanderlend 0:2Qollar: Sesseqnon, 82. Bendtner, 90+1.Liverpul - Norviç 1:1Qollar: Bellami, 45 - Holt, 60.23 oktyabrArsenal - Stok Siti 3:1Qollar: Qervinyo, 27. Robin van Persi, 73; 82. Mançester Yunayted - Mançester Siti 1:6Qollar: Balotelli, 22; 60. Aquero, 69. Dzeko, 90; 90+4. Silva, 90+1.Fulhem - Everton 1:3Qollar: Ruiz, 68 - Drente, 3. Saha, 90. Rudvel, 90+1.Blekbern - Tottenhem 1:2Qollar: Formika, 28 - Rafael van der Vaart, 15; 53.Queens Park - Çelsi 1:0Qol: Helquson, 10-pen. /// fanat.az