"Mançester Yunayted"in futbolçusu mövsümü erkən başa vurub

"Mançester Yunayted"in futbolçusu mövsümü erkən başa vurub
İDMAN
19:29 22.04.2022
330
İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Pol Poqba mövsümü erkən başa vurub.

Bu barədə "qırmızı-şeytanlar"ın müvəqqəti baş məşqçisi Ralf Ranqnik açıqlama verib.

O, 29 yaşlı yarımmüdafiəçinin cari mövsüm meydana çıxa bilməyəcəyini söyləyib.

Qeyd edək ki, Pol Poqba "Liverpul"a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın XXX turundan təxirə salınmış matçda zədələnib. Fransalı oyunçu cari mövsüm 27 görüşə çıxıb, 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatacaq.
OXŞAR XƏBƏRLƏR