Manchester United klubunun 29 yaşlı sağ cinah müdafiəçisi Noussair Mazraoui futbol ictimaiyyətində böyük rezonans doğuran açıqlama verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, illik 16 milyon avro gəlir əldə edən mərakeşli futbolçu gələcəyi ilə bağlı planlarından danışaraq futboldan sonra mənəvi həyata yönəlmək istədiyini bildirib.
Mazraoui açıqlamasında deyib:
"Həyat qısadır. Dünya Çempionatından sonra Qurani-Kərimi əzbərləmək və məsciddə imam olmaq istəyirəm."
Futbolçunun bu sözləri sosial şəbəkələrdə və idman mediasında geniş müzakirələrə səbəb olub. Karyerasını başa vurduqdan sonra dini fəaliyyətlə məşğul olmaq istədiyini vurğulayan Mazraouinin qərarı azarkeşlər arasında maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda Mərakeş millisinin də üzvü olan Mazraoui Avropanın aparıcı liqalarında çıxış etmiş təcrübəli müdafiəçilərdən biri hesab olunur.
Aysel











































