Bu tarixlərdə çoxlu su için, kompüter və telefondan uzaq durun! - XƏBƏRDARLIQ

Bu tarixlərdə çoxlu su için, kompüter və telefondan uzaq durun! - XƏBƏRDARLIQ
MARAQLI
10:44 26.09.2019
9740
Ölkədə meteohəssas insanlar üçün əlverişsiz durum proqnozlaşdırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZXEBER.COM-a verilən məlumata görə, yaxın günlərdə Günəş küləyi parametrlərinin əhəmiyyətli dərəcədə güclənəcəyi gözlənilir. Küləyin sürəti 650 - 700 km/san-yə qədər artacaq. Sürətin artmasına əsas səbəb kimi tac dəliyindən çıxan yüksək sürətli axınlar effektini göstərmək olar. Planetlərarası maqnit sahəsində güclü həyəcanlaşma gözlənilir.

Proqnoz dövründə geomaqnit sahədə ilk gün (26 sentyabr) ümumən sakitlik, lakin fasilələrlə fəal şərait müşahidə olunacaq. Güclənən Günəş küləyi səbəbindən ikinci proqnoz günü, yəni 27 sentyabr tarixində günün ikinci yarısından etibarən maqnit qasırğasının olacağı gözlənilir. Eyni həyəcanlaşmanın 28 sentyabrda da davam edəcəyi proqnozlaşdırılır. Həmin günün ikinci yarısından etibarən maqnit qasırğasının yaratdığı şərait nisbətən az fəal şəraitlə əvəzlənəcək, günün sonuna isə ümumi sakitliyi bərpa olunacağı ehtimal olunur. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (26 sentyabr) 5%-dən, ikinci (27 sentyabr) və üçüncü (28 sentyabr) proqnoz günü isə uyğun olaraq 35% və 40%-dən aşağı qiymətləndirilir.

Rəsədxanadan qeyd edilib ki, geomaqnit sahədə maqnit qasırğasının yaratdığı belə fəal şərait enerji sistemində və peyk yayınlarında, radiorabitədə mənfi təsirlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatlıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə qan təzyiqi gün ərzində vaxtaşırı ölçülsün və həkim nəzarəti altında müəyyən profilaktik tədbirlər görülsün, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək məsləhətdir. Həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
19:28 19.10.2026
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
Türkiyədə seldə ölənlərin sayı 9-a çatıb
19:16 19.10.2026
Türkiyədə seldə ölənlərin sayı 9-a çatıb
“Sabah” – “Barselona” matçının biletləri satışda
18:56 19.10.2026
“Sabah” – “Barselona” matçının biletləri satışda
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
18:42 19.10.2026
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR