Maral Tahirqızının evi əxlaqsız yuva çıxdı

Maral Tahirqızının evi əxlaqsız yuva çıxdı
MAQAZİN
15:39 04.02.2015
7453

“Məni polisə aparıb gecə saat 1-dək orada saxladılar”.

Müğənni Maral Tahirqızı barəsində başlanmış cinayət işinin maddəsi məlum olub.AZXEBER.COM xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, o, Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə təqsirli bilinir. Cinayət işinin istintaqı yekunlaşmaq üzrədir.

M.Tahirqızı ona qarşı Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham irəli sürülməsini təsdiqləyib:

“Hələ ötən ilin may ayında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi mənim Xətai rayonunda yerləşən mənzilimdə əməliyyat keçirdi. Polis əməkdaşları evimdə axtarış apardı, lakin mənzilimdə heç kimi tapmadılar. Axtarışlardan sonra isə məni polisə aparıb gecə saat 1-dək orada saxladılar.

Həmin hadisədən sonra məni tez-tez Xətai polisinə çağıraraq ifadəmi alırdılar. Ötən ilin sonlarında müstəntiq mənə dedi ki, barəmdə Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət işi başlanıb. Təbii ki, mən bu ittihamları qəbul etmədim, indi də etmirəm”.

M.Tahirqızı həmçinin bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə şikayət ünvanladığını da qeyd edib.

Qeyd edək ki, M. Tahirqızının Cinayət Məcəlləsinin 244.1-ci maddəsi üzrə təqsiri sübuta yetirilsə, ona iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik