Maraqli.tv saytı faəliyyətə başladı

Maraqli.tv saytı faəliyyətə başladı
MEDİA
15:44 08.08.2020
7244
"Maraqli.tv" saytı fəaliyyətə başladı.

İnstagram sosial şəbəkəsində ən böyük xəbər, məlumat səhifəsi olan "Maraqli.tv" səhifəsinin saytı fəaliyyətə başlayıb. Saytın yayımladığı ilkin paylaşımlara diqqət yetirdikdə 10-a yaxın kateqoriya üzrə xəbər və məlumatların təqdim olunduğunu görmək olar.

Bəs "Maraqlı.tv" nə deməkdir? Necə yaranıb? Təsisçisi kimdir? 

Saytın "haqqımızda" bölməsində yazılır: 

"Maraqlı.Tv” instagram səhifəsi 2014-cü ildən bəri fəaliyyət göstərir. Səhifənin rəhbəri 1994-cü il təvvəllüdlü Orxan Səlimovdur. O, BDU-nun Nəşriyyat və Redaktəetmə ixtisasını bitirmişdir.
 

 

Səhifə iki qardaş – Səlimov Orxan və Səlimov Kənan tərafindən yaradılıb. Səhifə adından da göründüyü kimi maraqlı məlumatlar, qəribə faktlar , qeyri-adi və gündəm xəbərləri üzərində qurulub.

"Maraqli.tv”-nin İnstagram hesabının hal-hazırda 1.2 milyon izləyicisi var. Doğrudur, düşünülə bilər ki, instagram və bu kimi sosial şəbəkələrdə, 100-lərlə "follow” artırıcı "boot” və proqramlar mövcuddur ki, səhifədə də bu proqramlardan istifadə edilə bilər. Ancaq "Maraqli.tv” olaraq bizim məsqədimiz səhifənin xalis izləyicisini saxlamaq və proqramlardan qorumaqdır. Belə ki, İnstagram sosial şəbəkəsinin "Xidmətlər” bölməsinə daxil olduqda burada açıq-aşkar qeyd edilir ki, saxta yollarla izləyici artırmaq yolverilməzdir… Səhifəmizin statistikasına da nəzər yetirdikdə səhifənin orjinallığını müəyyən etmək mümkündür. Belə ki, statistikaya əsasən "Maraqli.tv” səhifəsinə daxil olanların 85 %-i Azərbaycan ərazisindən, qalan 15 %-i (4 % – Türkiyə , 3%- Rusiya , 1% – Gürcüstan) isə azərbaycanlıların çoxluq təşkil etdiyi ölkələrdəndir.
 

 


Bununla yanaşı statistikaya baxdıqda səhifə postlarına son həftə ərzində 48 milyona yaxın baxış gəlmişdir ki, bu da Azərbaycanda sosial şəbəkələr üçün çox yüksək göstəricidir.

Səhifəni son 1 həftə ərzində 7.800 insan izləmişdir ki, bu da səhifənin 1 günə təxminən 1 k (1000 izləyici) artması deməkdir. Bu artımın da əsas səbəbi paylaşımların yüksək "like” əldə etməsi və "İnstagram”ın "explore” (kəşfet) bölməsinə düşməsidir.
 

 

"Maraqli.tv” səhifəsində gün ərzində 25-35 arası post paylaşılır. Məlumatlar Azərbaycan, Türk və inglis saytlarından seçmələr, "The İndependent” , "BBC” və digər məşhur xəbər agentliklərin apardığı araşdırmalar və həmçinin önəmli yazıçıların məqalələrində seçilən faktlar fərqli şəkildə izləyicilərə çatdırılır…
Uğurlarımıza gəldikdə isə , səhifə qurucularından Kənan Səlimov 2017-ci iyun ayında keçirilən "Sabah” qruplarının məzun günündə sözügedən qrupun "Bacarıqlı” məzunları qismində çıxış etmiş və "Maraqli.tv” layihəsini həmin vaxt Təhsil Naziri olan Mikayıl Cabbarova və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təqdim etmiş və onun tərəfindən bəyənilmişdir. Kənan Səlimovun layihəsi həmçinin ona dünyanın ilk Universiteti olan Boloniya universitetində də 1-cilik gətirmişdir.
 

 

2019-cu ildə Ölkənin Ən yaxşılarının mükafatlandırıldığı "Golden People Awards”da "Maraqli.tv" "İnstagramın ən yaxşı səhifəsi” kateqoriyasında 1-ci yerə layiq görülüb. Səhifənin rəhbəri Orxan Səlimov mükafatı şəxsən özü alarkən bu mükafatı 1 milyon izləyiciyə həsr etmişdi.

 


2019-cu ildə həmçinin "Maraqli.tv" Azərbaycanda "İnstagram" üzrə axtrılan 3 profildən biri olmuşdur.

Səhifənin ən böyük uğuru isə bu yolda özümüzə deviz götürdüyümüz "Öyrədərək öyrənməkdir”. Belə ki, səhifədə hal-hazırda 15.000-dən çox məlumat paylaşılıb ki, bu məlumatların hər birini insanlara çatdırarkən biz özümüz də bilmədiklərimiz öyrənmişik və öyrənməyə davam edirik.

 

Maraqli.tv həmçinin 28 minlik "Telegram" kanalı ilə Azərbaycanda bu göstərici ilə 1-cidir. "Telegram" paylaşımları həftəlik 500 min dəfə oxunur.
"Maraqli.tv"-nin aktiv "Facebook" hesabı da var. İzləyici sayı 32 mindir".

Sosial şəbəkələrdə fəallığını və aktiv izləyici potensialını nəzərə alaraq "Maraqli.tv" saytının da kifayət qədər uğurlu olacağını təxmin etmək olar. Biz də öz növbəmizdə "Maraqli.tv" əməkdaşlarına uğurlar arzulayırıq.
 
[leech=https://maraqli.tv/?page_id=6424]
OXŞAR XƏBƏRLƏR