Marburq virusu yayılmaqda davam edir

SAĞLAMLIQ
12:13 18.04.2023
458
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ekvatorial Qvineyada daha 6 Marburq virusuna yoluxma faktının aşkarlandığını və ümumi yoluxma sayının 15-ə çatdığını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, ÜST-ün açıqlamasına görə, Ekvatorial Qvineyada 6 yeni yoluxma ilə laboratoriyada təsdiqlənmiş yoluxma sayı 15-ə çatıb. 

Ölkədə mümkün yoluxmaların sayı 23-ə yüksəlsə də, ən çox təsirlənən bölgə Litoral əyalətindəki Bata olub.

ÜST müxtəlif müdaxilə üsullarını gücləndirməklə Ekvatorial Qvineya Səhiyyə Nazirliyinə dəstəyini davam etdirir.

Qeyd edək ki, peyvəndi və ya xüsusi müalicəsi olmayan Marburq virusunun ölüm nisbəti yüzdə 23-90 arasında dəyişir.

Gülay

OXŞAR XƏBƏRLƏR