Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində iştirak edə bilər

Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində iştirak edə bilər
DÜNYA
18:56 07.07.2026
274
Paris Apellyasiya Məhkəməsi Fransanın ifrat sağçı siyasətçisi Marin Le Pen barədə Avropa İttifaqı vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsi ilə bağlı çıxarılan hökmü qüvvədə saxlayıb, lakin məhkəmə onun seçkili vəzifələrə namizəd olmasına qoyulan qadağanın müddətini iki ilə endirib.

Bu barədə "France 24" telekanalı məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, Marin Le Pen üç il azadlıqdan məhrum edilib. Cəzanın iki ili şərti, bir ilini isə elektron nəzarət qolbağı ilə çəkməlidir.

Bununla yanaşı, məhkəmə onun seçkili dövlət vəzifələrinə namizəd olmasına qoyulan qadağanı iki ilə endirib. Qadağa müddətinin hesablanması 31 mart 2025-ci ildən başladığı üçün Marin Le Penin 2027-ci ildə keçiriləcək Fransa prezident seçkilərində namizəd olmaq imkanı yaranır.
OXŞAR XƏBƏRLƏR