Marko Rubio Maduroya narkotik alveri üzrə ittiham irəli sürdü

Marko Rubio Maduroya narkotik alveri üzrə ittiham irəli sürdü
DÜNYA
18:42 27.07.2025
128
ABŞ-nin dövlət katibi Marko Rubio Venesuela Prezidenti Nikolas Maduronu "Günəşlər karteli"nə rəhbərlik etməkdə ittiham edib. Onun sözlərinə görə, kartel narkotik ticarəti ilə məşğuldur.

Rubio bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Onun fikrincə, Maduro legitim prezident deyil:

"Maduro Venesuelanın prezidenti deyil, onun rejimi də qanuni hökumət deyil. Maduro ölkəni zəbt etmiş narkoterror təşkilatı olan "Günəşlər kartelinin' rəhbəridir. Ona qarşı ABŞ-də narkotik alverində ittiham irəli sürülüb".

/Oxu.Az
OXŞAR XƏBƏRLƏR