Marneuli gəncləri qan xeyriyyəçiləri ilə görüşdü

Marneuli gəncləri qan xeyriyyəçiləri ilə görüşdü
Bütün Xəbərlər
00:14 30.09.2011
2463
Marneuli gəncləri qan xeyriyyəçiləri ilə görüşdü. “Qan Donorları Assosiasiyası” İctimai Birliyi son 4 ildə qan donorluğu sahəsində əldə etdiyi bütün bilik və bacarıqlarını daim öz həmkarları ilə bölüşməyə hazırdır. Bizim əsas məqsədimiz donorluğun inkişaf etdirilməsi və bu sahədə yeni addımlarını atan hökümət və ya qeyri hökümət təşkilatlarına dəstək olmaqdır.   Bu sözləri “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov Azərbaycanda bir neçə günlük səfərdə olan “Marneuli Gənclər Mərkəzi” İctimai Birliyinin nümayəndə heyəti ilə görüşdə vurğulamışdır. 28 sentyabr 2011- ci il tarixində Bakıda səfərdə olan “Marneuli Gənclər Mərkəzi” İctimai Birliyinin işçi heyəti Respublikada qan donorluğu sahəsində aparıcı rola malik olan Qan Donorları Assosiasiyası ilə rəsmi görüş keçirmişdir. Görüş əsasında yaxın gələcəkdə müştərək layihələr və təcrübə mübadiləsi müzakirə predmeti olmuşdur . Görüşdə iştirak edən birliyin Xarici əlaqələr üzrə koordinatoru Sevinc Sultanzadə yaxın müddət ərzində birgə layihələrin keçirilməsinin önəmliliyini xüsusi vurğulayaraq, bu sahədə lazımi işlərin görüləcəyini bildirmişdir. Qeyd edək ki, “Marneuli Gənclər Mərkəzi “ İctimai Birliyi Gürcüstanın Marneuli kəndində yaşayan Azərbaycanlı gənclər tərəfindən təsis edilmiş və gənclər sahəsində aktiv fəaliyyətə malikdir .
OXŞAR XƏBƏRLƏR