Rusiya və Amerikadan olan alimlərin beynəlxalq qrupu Kolımanın əbədi donmuş sahillərində “Carnobacterim” növündən bakteriyalar aşkar ediblər. Bu mikroorqanizmlər oksigenin və təzyiqin yüksək olduğu temperatur şəraitində böyümək və artmaq qabiliyyətinə malikdir. Belə şərait isə daha çox Marsdakı atmosferə uyğun gəlir. “Spigel Online” saytı “Proceedings of the National Academy of Sciences” (Milli Elmlər Akademiyasının iş protokolu) jurnalında dərc olunmuş elmi işin qısa məzmunu təqdim edib.Tədqiqatçılar bakteriyaları Kolımanın sağ sahilindəki qumlu çöküntülərin 12-20 metr dərinliyindən çıxarıblar. Alimlər çıxarılmış qumu yuyaraq üzərinə tərkibində çoxlu qidalandırıcı maddələr olan məhlul töküblər. Bakteriyalar koloniyasını normal atmosferdə 28 dərəcə temperaturda bəsləmiş, yalnız bundan sonra onları Qırmızı planetin şərtləri əsasında sınaqdan keçirmişlər.