"Marsol Academy" komandaları beynəlxalq startup olimpiadasında böyük uğur qazandı - FOTOLAR

"Marsol Academy" komandaları beynəlxalq startup olimpiadasında böyük uğur qazandı - FOTOLAR
SOSİAL
11:42 15.03.2026
1082
Bakıda keçirilən Fibonacci Beynəlxalq Robot, Startup və Sahibkarlıq Olimpiadasında Marsol Academy-nin "Gənc Sahibkar” qrupunun komandaları mühüm uğura imza atıb. Akademiyanın iştirakçıları təqdim etdikləri 6 layihə ilə 4 birincilik və 2 Jury Award mükafatı qazanıblar.

7–8 mart tarixlərində Bakı İdman Sarayında təşkil olunan olimpiada ITECX College Congress 2026 çərçivəsində baş tutub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 2000-dən çox şagird və tələbə, eləcə də 350-yə yaxın komanda iştirak edib. Startup və sahibkarlıq kateqoriyasında isə təxminən 150 komanda innovativ layihələri ilə yarışaraq öz ideyalarını təqdim edib.
Müsabiqə çərçivəsində özəl və dövlət məktəblərinin, həmçinin universitetlərin şagird və tələbələri müxtəlif kateqoriyalar üzrə yarışaraq biznes, mühəndislik və proqramlaşdırma sahələrində bilik və bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar eyni zamanda innovativ ideyalarını təqdim edərək qalibiyyət uğrunda mübarizə aparıblar.
Tədbir çərçivəsində həmçinin "Global Thought Leaders Panel Session” təşkil olunub. Panel müzakirələrində süni intellekt, robototexnika, riyaziyyat və gələcəyin təhsil trendləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paneldə aşağıdakı nüfuzlu universitetlərin professor və akademikləri iştirak ediblər:

University of Toronto
University College London
University of Bologna
The University of Edinburgh
Lazarski University

Həmin universitetlərin akademik nümayəndələri iştirakçıların layihələrini qiymətləndirərək texnologiya və innovasiya sahəsində yeni trendlər barədə fikirlərini bölüşüblər.
Olimpiadada Marsol Academy-nin "Gənc Sahibkar” qrupunun 6 komandası startup layihələri ilə iştirak edib və onların təqdim etdiyi bütün layihələr mükafat qazanıb.

Birinci yerə layiq görülən layihələr:

Cleorex — Green Entrepreneurship
Nutrizadeh — Health Tech Entrepreneurship
Nopick — Robotech Entrepreneurship
Vrity — SoftTech Entrepreneurship
Jury Award mükafatı qazanan layihələr:
Soulcraft — SoftTech Entrepreneurship
Qritio — SoftTech Entrepreneurship

Olimpiadanın sonunda qaliblər universitet nümayəndələrinin iştirakı ilə təqdim edilən və həmin ali təhsil müəssisələri tərəfindən tanınan beynəlxalq sertifikatlarla təltif olunublar.
Marsol Academy komandaları əldə etdikləri nəticə ilə müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanaraq Antalyada keçiriləcək beynəlxalq mərhələdə iştirak hüququ əldə ediblər.
Qeyd edək ki, bu uğur Marsol Academy-nin "Gənc Sahibkar” qrupunun iştirakçılarının innovativ düşüncə tərzini, sahibkarlıq bacarıqlarını və qlobal səviyyədə rəqabət potensialını bir daha nümayiş etdirir. Beynəlxalq platformalarda iştirak gənclər üçün qlobal akademik mühitlə tanışlıq və gələcək inkişaf baxımından mühüm təcrübə hesab olunur.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
21:20 05.11.2026
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib