Marsol Group iddialıdır: “Yerli şirkətlərin ən böyük tanıtım sərgisini keçirəcəyik” - FOTO

Marsol Group iddialıdır: “Yerli şirkətlərin ən böyük tanıtım sərgisini keçirəcəyik” - FOTO
İQTİSADİYYAT
10:46 21.11.2025
1578
Artıq 7 ildir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol Group "Yerli Şirkətlərin Tanıtım Sərgisi” layihəsi çərçivəsində ölkə sahibkarlarını bir araya gətirir.
 
AZXEBER.COM xəbər verir ki, layihənin əsas məqsədi — yerli şirkətlərə öz məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək, yeni müştərilərlə təmas qurmaq və əməkdaşlıq imkanlarını genişləndirmək üçün əlverişli mühit yaratmaqdır.

Marsol Group-un rəhbəri Tural Mustafayev bildirib ki, bu sərgilər illər ərzində həm iştirakçıların, həm də ziyarətçilərin sayına görə genişlənərək artıq milli biznes platformasına çevrilib: "İlk sərgimizi 2019-cu ildə "Partners & Business Baku 2019” adı altında Caspian Business Hotel-də təşkil etdik. 100-dən çox yerli şirkət 5000-dən artıq ziyarətçiyə məhsullarını təqdim etdi. 2020-ci ildə Bakı İdman Sarayında keçirilən növbəti sərgimizdə 150 şirkət iştirak etdi, ziyarətçi sayı isə 10 min nəfəri keçdi. Bu artım yerli sahibkarların sərgiyə göstərdiyi marağın ildən-ilə yüksəldiyini sübut edir”.

Tural Mustafayevin sözlərinə görə, 2022-ci ildə "Baku Crystal Hall”da keçirilən sərgi həm miqyas, həm də təşkilati baxımdan yeni mərhələ olub. 200-ə yaxın şirkət və 20 minə yaxın ziyarətçi iştirak edib, üç gün davam edən tədbir çərçivəsində 5 panel müzakirədən ibarət 3 günlük konfrans da keçirilib.

"2023-cü ildə biz Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı sərgimizi təşkil etdik. Həmçinin sərgi çərçivəsində  işğaldan azad olunmuş ərazilərdə investisiya imkanlarına və biznesin rəqəmsallaşmasına dair, 3000-dək sahibkarın iştirakı ilə panel müzakirələr təşkil olundu”, — deyə Mustafayev qeyd edib. Onun sözlərinə görə, həmin il həmçinin ölkəmizdə ilk dəfə Bakı İdman Sarayında yerli istehsalçılara həsr olunmuş "Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” keçirilib, 100-dən çox istehsalçı şirkətin təqdim etdiyi məhsullar minlərlə ziyarətçinin marağına səbəb olub.

2024-cü ildə Bakı Ekspo Mərkəzində keçirilən 5-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi” 200-ə yaxın şirkəti və 21.346 ziyarətçini bir araya gətirib. 2025-ci ilin 18–21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 2 zalı əhatə edən növbəti sərgidə isə 300-ə yaxın şirkət iştirak edib, ziyarətçi sayı 30 min nəfəri ötüb.

Marsol Group rəhbərinin sözlərinə görə, sərgilərdə sahibkarların aktivliyi və ictimai maraq ilbəil artır. Ziyarətçilər üçün ödənişsiz avtobus marşrutları təşkil edilir, bununla da bu platforma hər kəs üçün daha əlçatan olur.

Hazırda Marsol Expo növbəti böyük sərgiyə hazırlaşır. Tural Mustafayevin sözlərinə görə, 2026-cı ildə Bakı Ekspo Mərkəzində keçiriləcək yeni sərgi 12.000 kv.m ərazidə təşkil olunacaq və bu, indiyə qədərki ən genişmiqyaslı tədbirimiz olacaq: "Son sərgimizdə iki zaldan istifadə etmişdik, bu dəfə isə üç zalı əhatə etməyi planlaşdırırıq. Şirkətlərin marağı çox böyükdür, qeydiyyat prosesi davam edir, iştirakçıların çoxluğunu nəzərə alaraq sərgi zalının ərazisini böyütməyə qərar vermişik”.

Bugünədək keçirilən bütün sərgilərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol Group (KOBİA) təşkilatçı, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Dövlət Reklam Agentliyi, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və digər dövlət və özəl qurumlar tərəfdaş qismində çıxış ediblər.

Sonda Marsol Group rəhbəri vurğulayıb ki, bu layihə təkcə bir sərgi deyil, yerli sahibkarlığın inkişafına xidmət edən milli biznes platformasıdır: "Biz inanırıq ki, bu sərgilər vasitəsilə Azərbaycan sahibkarları arasında yeni əlaqələr formalaşacaq, ölkədə fəaliyyət göstərən bütün sahələr üzrə şirkətlərin inkişafına real töhfə veriləcək. Marsol Group olaraq əsas məqsədimiz sahibkarları birləşdirmək, onları inkişaf və əməkdaşlığa təşviq edən etibarlı biznes ekosistemi yaratmaqdır. Maraqlanan tərəflər internet saytımızdan (marsolexpo.az) əlavə məlumatlar əldə edə bilərlər”. 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin