Marsol Group nümayəndə heyəti Ordubad Rayon İcra Hakimiyyətində görüş keçirib

Marsol Group nümayəndə heyəti Ordubad Rayon İcra Hakimiyyətində görüş keçirib
İQTİSADİYYAT
14:03 06.12.2025
326
Dekabrın 5-də işgüzar Naxçıvan səfəri çərçivəsində Marsol Group-un partnyorları və nümayəndə heyəti Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilə görüş keçirib. Görüş zamanı icra başçısı Ordubadın qədim Azərbaycan torpağı kimi zəngin tarixi, iqtisadi və mədəni irsi, eləcə də rayonun inkişaf prioritetləri barədə məlumat verib.

Rəcəb Rəhimli bildirib ki, Prezident İlham Əliyevin Ordubad Tarix-Memarlıq Qoruğunu dövlət qoruğu elan etməsi, həmçinin "Gəmiqaya–Göygöl Tarixi-Mədəni Kompleksi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi rayonun beynəlxalq tanınırlığını daha da artırıb. Ordubadın iqtisadi potensialından söz açan icra başçısı rayonun əsas istiqamətlərinin ipəkçilik, meyvəçilik, konserv sənayesi və mədən sahəsi olduğunu qeyd edib.

Görüşdə həmçinin Zəngəzur dəhlizinin açılmasının Ordubad və bütövlükdə Şərqi Zəngəzur üçün yaratdığı yeni tranzit, ticarət və turizm imkanları vurğulanıb. Bildirilib ki, dəhliz sahibkarlığın inkişafına ciddi təkan verəcək.

Marsol Group-un rəhbəri Tural Mustafayev çıxış edərək qəbula görə təşəkkür edib və Ordubadın inkişaf istiqamətlərini yüksək qiymətləndirdiyini bildirib. Görüşə onlayn qoşulan iş adamları da öz təcrübələrini, rayonun iqtisadi inkişafı ilə bağlı fikir və təkliflərini bölüşüblər. Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda Marsol Group tərəfindən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimliyə xatirə hədiyyəsi təqdim edilib.
 
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur