Marsol Sports və QOLAT Sport Services-in birgə təşkilatçılığı ilə keçirilən çempionat sahibkarları idman, rəqabət və dostluq mühiti ətrafında bir araya gətirib.
AZXEBER.COM xəbər verir ki, turnirdə Marsol Group-un 40-a yaxın partnyoru olan sahibkar iştirak edib.
Çempionat çərçivəsində iştirakçılar arasında gərgin və maraqlı qarşılaşmalar baş tutub. İdman mübarizəsi ilə yanaşı, tədbir sahibkarlar arasında ünsiyyətin gücləndirilməsi, yeni tanışlıqların və əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından da əhəmiyyətli olub.
Keçirilən oyunların nəticələrinə əsasən, I yerə "Ecolife” şirkətinin rəhbəri Etibar Vəliyev, II yerə "Arbitro” şirkətinin rəhbəri Nəcəf Əliyev, III yerə isə "Hazel” şirkətinin rəhbəri Ceyhun Babayev layiq görülüb.
Qaliblər kubok və sertifikatlarla təltif olunublar.
Marsol Group tərəfindən sahibkarlar arasında əməkdaşlıq və komanda ruhunun gücləndirilməsi, eyni zamanda partnyorlar arasında sosial əlaqələrin inkişaf etdirilməsi məqsədilə idman, sosial və digər birgə fəaliyyətlərin gələcəkdə də davam etdirilməsi və daha geniş miqyasda təşkil olunması nəzərdə tutulur.




















































