Marsol Group partnyorlarına “Dayaq” mükafatı təqdim olundu - FOTOLAR

Marsol Group partnyorlarına “Dayaq” mükafatı təqdim olundu - FOTOLAR
İQTİSADİYYAT
17:29 18.12.2025
413
2025-ci ildə innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun artırılmasına töhfə verən 17 biznes subyekti "Dayaq” mükafatına layiq görülüb.

AZXEBER.COM xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Güc biznesindir” devizi altında keçirilən "Dayaq” mükafatının təqdim olunması mərasimində 300-dən çox iş adamı, startap, biznes assosiasiyalarının nümayəndələri, millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri və Marsol Group partnyorları iştirak ediblər.

Tədbir çərçivəsində mükafatlandırılan 17 sahibkarlıq subyektindən Marsol Group partnyoru "MMED Life” şirkətinin direktoru Günay Mustafayeva "Uğurlu qadın sahibkar”, "Helind Enerji” şirkətinin təsisçisi Tamerlan Quliyev "Ekoloji məsuliyyət”, "AzCotton” şirkətinin baş icraçı direktoru Taleh Məmmədov isə "İlin investoru” nominasiyası üzrə "Dayaq” mükafatına layiq görülüb.

Bununla yanaşı, "Məlhəm Beynəlxalq Hospital”ın rəhbəri Sevda Əlizadə tədbirin "Uğur hekayələri” bölməsində çıxış edərək dövlət dəstəyi sayəsində əldə etdiyi nailiyyətlər və sahibkarlıq fəaliyyəti çərçivəsində qazandığı uğurlardan danışıb.

Qeyd edək ki, "Dayaq” mükafatı ölkədə sahibkarlığın inkişafına töhfə verən, innovasiya və dayanıqlı biznes modelləri ilə seçilən şirkət və sahibkarların fəaliyyətinin təşviq olunması məqsədi daşıyır. Marsol Group partnyorlarının bu nüfuzlu mükafata layiq görülməsi onların biznes mühitində artan rolunun göstəricisi kimi qiymətləndirilir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"