Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR

Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
İQTİSADİYYAT
17:44 27.07.2026
641
23–25 iyul tarixlərində Marsol Group-un təşkilatçılığı ilə sahibkarların iştirakı ilə həyata keçirilən işgüzar Naxçıvan səfəri uğurla başa çatıb.

AZXEBER.COM xəbər verir ki, üç gün davam edən səfər çərçivəsində sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Naxçıvanın iqtisadi potensialının yaxından tanıdılması məqsədilə bir sıra görüşlər və istehsalat ziyarətləri təşkil olunub.

Səfər proqramı çərçivəsində Marsol Group partnyorları Naxçıvanda fəaliyyət göstərən APF Şirkətlər Qrupunun müəssisələrini, CAHAN Sənaye Kompleksini və ENNA MMC-ni ziyarət edərək müəssisələrin fəaliyyəti, istehsal prosesləri və gələcək inkişaf planları ilə tanış olublar.

Həmçinin Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən görüşdə sahibkarlar regionda həyata keçirilən iqtisadi islahatlar, dövlət dəstəyi mexanizmləri, vergi və gömrük güzəştləri, eləcə də investisiya imkanları barədə ətraflı məlumat əldə ediblər. Görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində təşkil olunan işgüzar görüş və axşam ziyafətində iştirakçılar öz fəaliyyətlərini təqdim edərək yeni əməkdaşlıq imkanlarını müzakirə edib, sahibkarlar arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində məhsuldar müzakirələr aparıblar.

İşgüzar səfər dövlət və özəl sektor arasında əməkdaşlığın inkişafına, sahibkarlar arasında təcrübə mübadiləsinin genişlənməsinə və Naxçıvanın investisiya və biznes imkanlarının tanıdılmasına töhfə verib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
22:48 11.09.2026
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO