Marsol Group-un təşkilatçılığı ilə həyata keçirilən Yaponiya biznes turunun ilk dayanacağı Osaka şəhəri olub.
AZXEBER.COM xəbər verir ki, oktyabrın 9-da tur iştirakçıları Osakada keçirilən "Manufacturing World Osaka 2026” sərgisində iştirak ediblər. Sərgi çərçivəsində istehsal və sənaye sahələrində tətbiq olunan müasir texnologiyalar, innovativ həllər və sektordakı yeniliklərlə tanış olublar.
Proqramın davamında iştirakçılar "Universal Studios Japan” əyləncə parkını ziyarət edərək səfər çərçivəsində istirahət üçün də vaxt ayırıblar. Ziyarət iştirakçılar üçün xoş təəssüratlar və yaddaqalan anlarla müşayiət olunub.
Yaponiya biznes turu yerli iş adamlarının beynəlxalq təcrübə ilə tanış olması, sənaye sahəsindəki yenilikləri yaxından izləməsi və yeni biznes imkanlarını dəyərləndirməsi baxımından əhəmiyyət daşıyır.




















































